BİZNES

04 Avqust

Suraxanı rayonunda orta məktəbin yeni binasının inşası üçün 2,5 milyon manata yaxın vəsait ayrılacaq

"Baki sheher esasli tikili ve temir" MMC (Bakı Şəhər İcra Hakimiyyətinin strukturu) Suraxanı rayonunda yeni məktəb binasının inşası üçün GM İnşaat MMC-ni cəlb edib.

Www.tender.gov.az saytında yayımlanan məlumatlara görə, Suraxanı rayonunun Əmircani qəsəbəsindəki 87 nömrəli orta məktəbin köhnə binasının sökülməsini təmin edən şirkətlə 1775 min şagird yerlik yeni binaların inşası üçün müqavilə imzalanmışdır.

İmzalanan müqavilənin dəyəri 2 milyon 494.061 min manatdır.