“Biz Caspian European Club-un rebredinqini keçirtdik və fəaliyyətə başladığımız birinci adımızı geri qaytardıq. Bundan sonra dünyanın bütün ölkələrində CASPIAN ENERGY CLUB adlanacağıq”, - deyə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev bildirib.
“CASPIAN ENERGY CLUB fəallığın, enerjiliyin, çətinliklərlə görüşə və yeni zirvələrə doğru hərəkətin rəmzidir. Üslubumuza aid əsas rəng olan göy daimiliyi, mənəvi başlanğıcı, yüksək ideallara sadiqliyi, sabitliyi, yenilməzliyi və əlbəttə ki, Xəzər dənizini əks etdirir”, - deyə Telman Əliyev qeyd edib.
Telman Əliyevin sözlərinə görə, yeni CASPIAN ENERGY CLUB adı və “ENERGY FOR BUSINESS” (BIZNES ÜÇÜN ENERJI) şüarı bütövlükdə Klubun fəaliyyətinin məğzini bir neçə aspektdən izah edir. CASPIAN ENERGY CLUB-un ilkin məqsədlərindən biri neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltmək olub. Bu baxımdan “ENERGY FOR BUSINESS” (BIZNES ÜÇÜN ENERJI) şüarı bizim həmin siyasətə bağlılığımızı əks etdirir.
“CASPIAN ENERGY CLUB adı və “ENERGY FOR BUSINESS” şüarı həmçinin Xəzər regionunda yaşamaq və işləmək xoşbəxtliyi nəsib olmuş insanların enerjisini göstərir. İnsan resurslarının inkişafı və korporativ sosial məsuliyyət hər zaman olduğu kimi yenə də CASPİAN ENERGY CLUB-un fəaliyyətinin prioritetini təşkil edir”, - deyə Telman Əliyev söyləyib.
CASPIAN ENERGY CLUB rebredinqi və yeni korporativ üsluba keçid tədricən baş verəcək və bu ilin dekabrında başa çatmalıdır.
CASPIAN ENERGY CLUB-un rebredinqi üzərində nəhəng beynəlxalq şirkətlərinin və dünyanın məşhur brendlərinin 10 ildən artıqdır ki, çalışdıqları tanınmış “Times Consulting” reklam agentliyi işləyib.
Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən CASPIAN ENERGY CLUB 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan CASPIAN ENERGY CLUB-un əsas məqsədi Azərbaycanda və CASPİAN ENERGY CLUB-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və həmin dialoqlarda iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan CASPIAN ENERGY CLUB mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour, Round Table və s. kimi müxtəlif tədbirlər keçirir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar təşkil olunur. CASPIAN ENERGY CLUB-un mənzil-qərargahı Bakıda yerləşir. CASPIAN ENERGY CLUB-un dünyanın müxtəlif ölkələrində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri var.