BİZNES

03 Avqust

İctimai iaşə obyektləri çimərliklərə onlayn çatdırma edə bilər - RƏSMİ

Çimərlik daxilində fəaliyyəti qadağan edilən obyektlər və ərazilər var.

Fins.az-ın məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, çimərliklərdə hovuz və su atraksionlarının fəaliyyəti qadağandır. Eyni zamanda, çimərlikdə idman ləvazimatlarının tam şəkildə yığışdırılması əsas tələblərdən biridir:

"Çimərliklərdə ictimai iaşə obyektlərinin yerində xidməti də qadağandır, yalnız onlayn çatdırma mümkündür. Müxtəlif musiqili proqlamların təşkili də çimərliklərdə karantin rejimi dövründə qadağandır".