BİZNES

03 Avqust

İqtisadi yardımların ikinci mərhələsi başlayır - Rəsmi

Vergi ödəyiciləri iqtisadiyyat nazirliyi tərəfindən müəyyən edilib və pandemiyadan bilavasitə zərərçəkən sahələrdir. Kinoteatr da bu sahələrdəndir.
Fins.azxəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:

"İqtisadi yardımların göstərilməsi üçün ikinci mərhələ başlayır. Burada dövlətin əsas məqsədi işçilərin ixtisara verilməməsidir"

O qeyd edib ki, karantin rejimin qaydalarına əsasən, insanların sıx toplaşdığı sahələrin fəaliyyəti bərpa edilmir:

"Lakin bu yumşalmalar bizi rahatlaşdırmamalıdır. Məsələn, 14 iyun orduya dəstək aksiyası baş tutdu. Bu çox qürurverici hal idi. Lakin biz burada insanların sıx toplaşmasının şahidi olduq. Bəlkə də o aksiya olmasaydı, biz daha müsbət hallar qarşılaşa bilərdik.

Eyni zamanda karantin rejimində yas mərasimləri təşkil olunur ki, ən çox yoluxma halları burada baş verir".