BİZNES

03 Avqust

ASAN xidmətə 3 milyon manat ayrılacaq

ASAN xidmət mərkəzi Balakəndə infrastrukturun genişləndirilməsi işinə başlamaq üçün 3 milyon manat alacaq
Azərbaycan Prezidenti İlham Əliyev Balakən bölgəsindəki ASAN kompleksinin imkanlarını genişləndirmək üçün əvvəlcə ASAN Dövlət Agentliyinə 3 milyon manat vəsait ayırmaqla bağlı sərəncam imzalayıb.

Sərəncamın mətni cümə günü dövlət başçısının saytında dərc edilmişdir.

Vəsait 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan ayrılacaq.

İqtisadiyyat Nazirliyinə, 2021-ci il dövlət büdcəsi layihəsində, dövlət kapital qoyuluşlarını paylayarkən bu layihənin başa çatması üçün maliyyə qaynaqları təmin edilməsi tapşırılıb.

Müəllif:Aynur Qəniyeva