2019-cu ilin sonuna Rusiyada françayzinq bazarının həcmi 2,8 trilyon rubl dəyərində qiymətləndirilir.
Fins.az “RBC”ya istinadən xəbər verir ki, ötən il ölkə üzrə bu bazar 16% artıb.
Françayzinq sahibkarları üçün, yeni maliyyə alətləri və dövlət dəstəyi tədbirləri yaxın 5 il ərzində, xüsusən də bölgələrdə bazar artımına töhfə verəcək.
Hazırda Rusiya iqtisadiyyatında kiçik və orta sahibkarlığın payı 22%-dən azdır. Franşiza ilə işləyənlər isə ÜDM-in 1%-ni belə təşkil etmir. Lakin bu göstəricinin artacağı gözlənilir.
Françayzinq sahibkarlığın inkişafı, mal və xidmətlərin təşviqi üçün ən təsirli vasitədir. Franşiza ilə başlanan layihələrin vaxtı keçmiş kreditləri dəfələrlə azdır və adi bizneslərə nisbətən bu layihələrin ömrü daha uzun olur.
Qeyd edək ki, Rusiyada françayzinq şəbəkələrində işləyənlərin sayı təqribən 1,4 milyon nəfərdir. Eyni zamanda, franşizlərin 70%-ə qədəri regional şirkətlərin payına düşür.
Müəllif:Aynur Qəniyeva