BİZNES

01 İyun

Azərbaycanın ən çox mal ixrac etdiyi ölkələrin adı açıqlanıb

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13 faiz,  İsveçrəyə 9 faiz və Çinə 45 faiz artıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında məlumat verilib. 

Bildirilir ki,  Bu ilin yanvar-aprel ayları ərzində

Rusiyaya 186,2 milyon,

Türkiyəyə 122,2 milyon,

Gürcüstana 58,8 milyon, 

İsveçrəyə 48,5 milyon

 Çinə 18,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Müəllif:Aynur Qəniyeva