Azərbaycanda tikinti sektorundan fəaliyyət göstərən muzdlu işçilərin sayı illik 14% artaraq cari il aprelin 1-nə 123 min nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumata əsasən, işçilərin 91 min nəfəri və ya 74%-i özəl sektorda fəaliyyət göstərib. Artım əsasən özəl sektor hesabına baş verib. Belə ki, özəl sektorda işləyənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 19% artım qeydə alınıb.
Rəsmi məlumata əsasən, yanvar-mart ayları ərzində tikinti sektorunda işləyənlərin orta aylıq nominal əmək haqqı 893 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə orta aylıq nominal əmək haqqı üzrə 24% artım olmasını əks etdirir
(c)APA