İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "CARTEL GROUP" MMC-ni dövlət qeydiyyatına alıb.
Fins.az xəbər verir ki, nizamnamə kapitalı 40 min manat olan şirkətin qanuni təmsilçisi Qətər vətəndaşı Abdulla Ahmadm.T.AL-Thani-dir. O, Qətərdə tanınmış biznesmendir.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr, ev 28-dir.