Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur.
Operativ Qərargahın məlumatına görə, bu qərar 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılması çərçivəsində verilib.
Qeyd edilir ki, iri ticarət mərkəzləri və “Mall”ların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olaraq açılmayacaq.