BİZNES

30 May

Bu obyektlər ciddi nəzarətə götürüləcək

"Restoranlarda masa ətrafında məsafəni qorumaqla 10 nəfərdən artıq toplanmaq qadağandır".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, buna görə həm iaşə obyektlərinin rəhbərliyi, həm də müştərilər hüquqi məsuliyyət daşıyır.

"Yoluxanların sayının sağalanlarının sayından çox olması vətəndaşların qaydalara əməl etməməsinin göstəricisidir. Müştərilər kafe və restorana maska ilə daxil olmalı, yalnız masa arxasına keçərkən çıxarıla bilər. Masadan kənarlaşdıqda maska taxılmalıdır. Taksilərdə sərnişinlər yalnız arxa oturacaqda oturmalı, sürücü və sərnişin maska taxmalıdır. 

Ərzaq satışı yerlərində qaydalara əməl olunmur. Yaxın günlərdə bu sahədə fəaliyyət göstərən obyektlər ciddi nəzarətə götürüləcək. Maskalar həm burunu, həm də ağızı qapalı saxlamalıdır. İnsanlar maska taxsalar da, obyektlərin daxilində çıxarırlar. Bu məsələ bizi çox narahat edir". 

(c)Qafqazinfo