Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda araq istehsalı 2019-cu ilin müvafiq ayına nisbətən 67% artaraq 938,8 min dekalitr təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk dörd ayında ölkədə 73,4 min dekalitr likör istehsal edilib ki, bu da ötən ilin müvafiq ayına nisbətdə 42,6% azalma deməkdir.
Bundan başqa, hesabat dövründə ölkədə 1 797,1 mln. ədəd papiros və siqaret istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 dəfə çoxdur.
İçki və tütün məmulatlarının istehsalı:
Məhsul növləri |
2020-ci ilin yanvar-aprel aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq aylarına nisbətən, % |
İçki məhsulları |
||
Araq, min dkl |
938,8 |
167 |
Brendi (konyak), min dkl |
10,9 |
113,5 |
Üzüm şərabı, min dkl |
80,3 |
44,6 |
Şampan şərabı, min dkl |
- |
- |
Pivə, min dkl |
1 166,3 |
119,2 |
Likörlar, min dkl |
73,4 |
57,4 |
Alkoqolsuz içkilər, min dkl |
6 105,1 |
102,0 |
Papiros və siqaretlər, mln. ədəd |
||
Papiros və siqaretlər, mln. ədəd |
1 797,1 |
2,1 dəfə |
Fermentləşdirilmiş tütün, ton |
1 597,2 |
69,2 |
(c)APA