Əmlak Məsələləri Dövlət Komitəsinin Apellyasiya şurasına 2019-cu il ərzində 40 şikayət daxil olub.
Bunlardan 12-si dövlət qulluğuna qəbulla bağlı namizədlərin müsahibənin nəticələrindən verilmiş şikayətləri ilə bağlı olub.
Məlumata görə, şikayət müəlliflərindən 5-i hüquqi şəxs, 35-i isə fiziki şəxs olub. Dövlət qulluğuna qəbulla bağlı namizədlərin müsahibənin nəticələrindən verdiyi 12 şikayət Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2018-ci il tarixli, 1910 nömrəli Fərmanı ilə yeni redaksiyada verilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə cavab verdiyindən komitənin Apellyasiya Şurasında baxılması üçün icraya götürülüb.
Həmin şikayətlərdən 4-ü təmin edilib, 6-sı təmin edilməyib, 2-si hazırda icraatdadır. Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə bağlı 3 şikayət Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2018-ci il tarixli, 1910 nömrəli Fərmanı ilə yeni redaksiyada verilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə cavab verdiyindən komitənin Apellyasiya Şurasında baxılması üçün icraya götürülüb (yekun hesabatın qəbul edilməsi və mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması).
Həmin şikayətlərdən 2-si qismən təmin edilib, 1 şikayət üzrə icraata xitam verilib, 1 şikayət maraqlı şəxsin ərizəsinə əsasən geri götürüldüyündən baxılmayıb. 24 şikayət apellyasiya şuraları haqqında Nümunəvi Əsasnamənin tələblərinə cavab vermədiyindən (sahibkarlıq fəaliyyəti ilə bağlı olmamış, komitənin səlahiyyətinə aid olmamış, yuxarı orqan və ya tabelikdəki qurum tərəfindən inzibati akt qəbul edilməmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmuş və s.) Şuranın müzakirəsinə çıxarılmayıb. Həmin şikayətlər aidiyyəti üzrə baxılaraq tədbirlərin görülməsi üçün komitənin strukturuna daxil olan qurumlara göndərilib və ya mahiyyəti üzrə cavablandırılaraq bu barədə müraciət müəlliflərinə məlumat verilib.
(c)report