Bu ilin aprel ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri mart ayına nisbətən sabit qalıb.
Dövlət Statistika Komitəsinin yayımladığı məlumata görə bu ilin yanvar-aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,8% bahalaşma qeydə alınıb.
Apreldə paytaxt üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,8%, qeyri-ərzaq malları üzrə 99,7%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,3% olub.
Məlumata əsasən, 2020-ci ilin yanvar-aprel ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8%, qeyri-ərzaq malları üzrə 101,2%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,3% təşkil edib.
(c)APA