Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 510,55 min ABŞ dolları dəyərində 57,53 ton qəhvə (qovurulmuş və ya qovurulmamış, kofeinlə və ya kofeinsiz; qəhvə dənəsinin qabığı; tərkibində hər hansı bir nisbətdə qəhvə olan qəhvə əvəzediciləri) idxal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə qəhvə idxalında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,8%, miqdar baxımından isə 5,8% azalma müşahidə olunub.
Bildirək ki, dəyər ifadəsində 270,1 min dolları (22,47 ton) və ya 53%-i İtaliyadan idxal olunub. Digər idxalçılar arasında Türkiyə, Niderland və Braziliya kimi ölkələr xüsusi yer tutub.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkəyə 514,7 min dollar dəyərində 61,07 ton eyniadlı məhsul idxal edilib.
(c)APA