BİZNES

21 May

Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları arasında ikinci yeri tutub

2020-ci ilin yanvar-aprel aylarında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 11,5% - $395,7 milyona qədər azalıb. Bu barədə Gürcüstanın Milli Statistika Xidmətindən məlumat verilib.

Gürcüstanın bütün xarici ticarət dövriyyəsinin 11,4%-i ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyədən sonra ikinci yeri tutan Rusiyanın payına düşüb.

Gürcüstanın əsas ticarət tərəfdaşlarının ilk onluğuna Azərbaycan (10,6%), Çin (10%), Ukrayna (5%), ABŞ (4,7%), Ermənistan (4,7%), Bolqarıstan (4,2%), Almaniya (4%) və İtaliya (1,9%) da daxildir. Gürcüstanın MDB ölkələri ilə ticarət dövriyyəsi il ərzində 8,7% - $1 milyard 232,1 milyona qədər azalıb