Azər Talıbov Rusiya İqtisadi inkişaf nazirinin müavini vəzifəsindən azad edilib.
Məlumata görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.
Qeyd olunur ki, A.Talıbov öz xahişi ilə azad olunub.
Azər Talıbov 2017-ci ilin yanvarında İqtisadi inkişaf nazirinin müavini təyin olunub. Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin rəhbəri və Rusiya prezidenti köməkçisinin aparat rəhbəri vəzifələrində işləyib.
(c)trend