BİZNES

20 May

Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi 0,8% artıb

Bu ilin yanvar-aprel aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 290,3 mln. manatdan çox vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 0,8% çoxdur.

 Naxçıvan Dövlət Statistika Komitəsinin məlumata görə, əsas kapitala yönəldilən vəsaitin 274,8 mln. manatdan çoxu və ya 94,7%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

(c)APA