Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı biznesmen vəfat edib.
"Pantero" şirkətinin rəhbəri olan və uzun illərdir Rusiyada fəaliyyət göstərən Arzu Əmrahov ağciyər çatışmazlığı ilə təxminən 20 gün əvvəl xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınları A.Əmrahovun koronavirusun səbəb olduğu sətəlcəm nəticəsində vəfat etdiyini bildiriblər.
(c)publika