BİZNES

18 May

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 33,1% azalıb

2020-ci ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1 faiz azalıb 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumata görə, 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 6169,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5346,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Məlumatda bildilir ki,  Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflətmiş və  o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalıb

Müəllif:Aynur Qəniyeva