BİZNES

18 May

Əhaliyə satılan qeyri-ərzaq mallarının miqdarı-MƏBLƏĞ

2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumata görə, 6169,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5346,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Məlumatda bildilir ki,  Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflətmiş və cari ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalıb

Ümumilikdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6 faiz artıb

Müəllif:Aynur Qəniyeva