BİZNES

18 May

Mənfəət vergisi üzrə büdcə proqnozu tam icra olunmayıb

Ötən il hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə büdcə proqnozunun tam icrası mümkün olmayıb.

Fins.az Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabata istinadən xəbər verir ki, hüquqi  şəxslərin  mənfəət  (gəlir)  vergisi  üzrə 2 milyard 670,4 milyon manat  proqnoza qarşı  icra 2 milyard 546 milyon manat və ya 124,4 milyon manat az (95,3 faiz) olmuşdur. 

2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə isə 46,3 milyon manat vəya 1,9 faiz çox olmuşdur.