BİZNES

17 May

"Bakı Telefon Rabitəsi” eyni şirkətlə ötən il 68 min 611 bu il 44 min 956 manatlıq müqavilə imzalayıb

"Bakı Telefon Rabitəsi” MMC və "İNCİ GROUP OF COMPANİES” QSC arasında 44 956.61 manat məbləğində satınalma müqaviləsi imzalanıb

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş tenderin nəticəsi ilə bağlı bildirişdə məlumat verilir 

Məlumata görə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş  Dəftərxana ləvazimatlarının satın alınması prosedurunun qalibi "İNCİ GROUP OF COMPANİES” QSC müəyyən edilib.

Həmçinin ""Bakı Telefon Rabitəsi” MMC və "İNCİ GROUP OF COMPANİES” QSC arasında 44 956.61 (qırx dörd min doqquz yüz əlli altı manat 61 qəpik) manat məbləğində 14.05.2020-ci il tarixli satınalma müqaviləsi imzalanıb"-deyə bildirişdə qeyd olunub

Qeyd edək ki, ötən il də “Bakı Telefon Rabitəsi” MMC tərəfindən Ofis və dəftərxana ləvazimatlarının satın alınması üzrə açıq tender prosedurunun qalibi “İnci Group of Companies” MMC olmuşdu.Belə ki, “Bakı Telefon Rabitəsi” MMC və “İnci Group of Companies” MMC arasında 68 611.38 manat dəyərində 09 aprel 2019-ci il tarixli satınalma müqaviləsi imzalanmışdı 

Müəllif: Aynur Qəniyeva