BİZNES

16 May

Xarici ticarət üzrə əməliyyatların həcmi 33,1 mld dollar olub

Xarici ticarət üzrə əməliyyatların həcmi 33,1 milyard ABŞ dolları olub.

Fins.az xəbər verir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində məlumat verilir.

Məlumata görə, bunun 13,7  milyard  ABŞ  dolları  idxal əməliyyatlarının,  19,5  milyard  ABŞ  dolları  isə ixrac əməliyyatlarının payına düşüb.Nəticədə xarici ticarət hesabında 5,8 milyard ABŞ dolları həcmində müsbət  saldo  yaranıb.

Qeyd edək ki,hesabat  ilində xarici  ticarət  dövriyyəsində qeyri-neft məhsullarının ixracı 2018-ci ilə nisbətən faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə isə 7,8 faiz artıb.

Müəllif:Aynur Qəniyeva