BİZNES

16 May

Bu torpaqların icarəyə verilməsindən dövlət büdcəsinə 11 440,3 min manat vəsait daxil olub

2019-cu ildə dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərin altındakı torpaqların icarəyə verilməsindən dövlət büdcəsinə 11 440,3 min manat vəsait daxil olub.

Fins.az xəbər verir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində məlumat verilir.

Qeyd edək ki, bu göstərici 2018-ci ilin icra göstəricisindən 1 573,4 min manat  çoxdur.