İri ticarət mərkəzləri və digər bütün mərkəzlərdə qadağaların aradan qaldırılması aparılan təhlillərdən asılıdır.
Bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, 20 faizədək ölkəyə gətirilən vətəndaşlar arasında yoluxmanın aşkarlanması gələnlərin karantin müəssisələrinə yerləşdirilməsinin vacib olduğunu göstərir.
Nazirlər kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, iri ticarət mərkəzlərində yoluxma hallarının olması ehtimalı yüksək olduğu üçün, onların açılması qadağası davam etməkdədir: "Yoluxma statistikası yüksək olduğu üçün, bu müəssisələrin açılmasına imkan vermir".
(c)Axar