BİZNES

15 May

Qərargah: Gündəlik 500 min tibbi maska istehsal edilir, yerli tələbat tam təmin edilir

"Gündəlik 500 min tibbi maska istehsal edilir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bu, yerli tələbatı tam təmin etməyə imkan verir: “Ölkədə gündəlik 6 min kombinezon istehsal edilir. Modul tipli xəstəxanaların və “Yeni klinika”nın yaradılması koronavirusla mübarizəyə uyğunlaşdırılıb. Bu problemin öhdəsindən gəlmək üçün tibbi personalımızın maddi-texniki imkanı var.

(c)APA