Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 1 515 324,9 min ABŞ dolları təşkil edib ki, bu da ötən dövrü ilə müqayisədə 317 421,8 min dollar və ya 26,5% çoxdur.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1 012 281,5 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 255 303,4 min dollar və ya 33,7% çoxdur. İdxalın həcmi isə 503 043,3 min dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk 4 ayı ilə müqayisədə 62 118,4 min dollar və ya 14,1% artıb.
Nəticədə, 2020-ci ilin yanvar-aprel aylarında 509 238,2 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 193 184,9 və ya 61,1% çoxdur.
(c)APA