Bu ilin yanvar-aprel aylarında Azərbaycan 10 961,58 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, 2020-ci ilin ilk dörd ayında 4 503,52 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 1,5% üstələyir.
Cari ilin yanvar-aprel aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,82%-ə bərabər olub.
(c)APA