Bu ilin aprel ayı ərzində Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunub.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, aprel ayında daşınmaz əmlak bazarında orta aylıq qiymət əvvəlki aya nisbətən 2,31%, illik isə 6,11% artıb.
"Aprel ayında təkrar mənzil bazarında 1 kv. metrin orta satış qiyməti 1695 manat təşkil dib. Bu da aylıq müqayisədə 2,05%, illik isə 1,13% artım deməkdir. İlkin mənzil bazarında bir kv. metrin orta satış qiyməti 1329 manat təşkil edib. Beləliklə də aylıq müqayisədə 2,76%, illik isə 8,58% artım qeydə alınıb", - deyə N. İbrahimov bildirib.
(c)APA