BİZNES

15 May

Azərbaycanda ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi aşağı düşüb-SƏBƏB

2020-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz təşkil edib

Fins.az xəbər veir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumata görə, bu göstərici 2019cu ilin aprel ayına nisbətən 100,4 faiz təşkil edib. Hesabat dövründə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin aşağı düşməsinə səbəb əhali qrupu üzrə elektrik enerjisinin güzəştli istehlak limitinin 300 kVtsaatdan 400 kVt-saatadək artırılması olub. Nəticədə elektrik enerjisinin orta qiyməti cari ilin mart ayı ilə müqayisədə aprel ayında 12,5 faiz aşağı düşmüşdür. Digər ödənişli xidmətlərin qiymətlərində dəyişikliklər baş verib.

Müəllif:Aynur Qəniyeva