2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-aprel aylarına nisbətən 103,0 faiz təşkil edib
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumata görə, İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,1 faiz təşkil edib.
2020-ci ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, 2019ci ilin aprel ayına nisbətən 103,0 faiz təşkil edib.
Müəllif:Aynur Qəniyeva