Azərbaycan cari ilin yanvar-aprel aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, 4 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 610,4 milyon ABŞ dolları, Türkiyədən 503 milyon dollar, Çindən isə 425 milyon dollar olub.