BİZNES

15 May

“Şəms”Brendi

Son zamanlar virusun baş alıb getdiyi dövrdə immunitetimizi gücləndirmək üçün müxtəlif üsullardan istifadə edirik. Ən ideal və faydalı üsullardan biri təbii qidalanmaqdır. Bu baxımdan sizə təbii, faydalı ola biləcək Şəms brendinin məhsullarını məsləhət görə bilərik. Müxtəlif növ mürəbbələr, cemlər, povidlalar, pürelər, meyvə və tərəvəz sousları, turşuları, marinadları, müxtəlif salatlar, leço, meyvə şirələri, kompotlar, konsentrat, siroplar, un məmulatlarından milli xəmir yeməkləri olan yarpaq xəngəli və milli əriştələri qida rasionunuza daxil edə bilərsiniz.

Şəms brendi 1998-ci ildən istehsal tarixinə başlayıb. 2015 ci ildən rebrendinq edərək patentləşdirilmiş günəşi təmsil edən ad və loqotipi ilə məhsulların təbiətdən gələn dad olmasını vurğulayan,Şəms brendinin məhsulları yüksək keyfiyyəti, ekoloji cəhətdən təmziliyi ilə seçilir.

Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən müəssisədə Azərbaycanın müxtəlif  bölgələrində bitən yüksək keyfiyyətli, ekoloji təmiz  meyvə və tərəvəzlərdən istifadə olunur.

Müəssisə artıq uzun müddətdir ki, nəinki daxili bazarda, həmçinin xarici bazarlara da öz məhsullarını ixrac edir. Məhsulların ixrac edildiyi ölkələrdə əsas məqsəd  Azərbaycanın milli adət-ənənələrini və milli mətbəxinin dadlı təamlarını təbliğ etdirməkdir.

Məhsulların faydaları ilə bağlı maarifləndirici məlumatları da nəzərinizə çatdırırıq.
Bildiyiniz kimi souslar nəinki yeməklərə xüsusi ləzzət və dad verir.

"Zoğal, Göyəm, Alça" "C"vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir, və soyuqdəyməni,qripi aradan götürür. 

"Gavalı"sousu mədə bağırsaq sistemini yaxşılaşdırır, həzmi yüngülləşdirir, mikrobları məhv edərək orqanizma yüksək dərəcədə xeyirli təsir göstərir. 

"Nar Sousu" isə qan dövranını artıraraq immuniteti gücləndirir və həmçinin xolestronu damarlardan təmizləyir. 

Bu souslar nəinki süfrənizdə öz gözəlliyini ləzzətini bəxş edir. Əsas odur ki, sizi sağlam və güclü edir.

 

                                                                Meyvə sousları

Meyvə sousları yeməklərə zənginlik və ləzzət verir, iştahı stimullaşdırır və yeməyin görünüşünü yaxşılaşdırır.Souslardakı  üzvi turşular da buna kömək edir.

Meyvə sousları çox kalorilidir və yeməklərin qida dəyərini xeyli artırır.

Sousların hazırlanması üçün mövsüm boyu, yetişmiş meyvələrdən istifadə edilir.

Souslar yeməklərə  birbaşa istifadə üçün uyğundur.

Meyvə souslarının müxtəlif istifadəsi var:unlu yeməklər, həmçinin qızardılmış, qaynadılmış ət və balıq yeməkləri, xüsusən də müxtəlif kabablarda istifadə olunan ədviyyatdır.

Reseptin zənginliyi, uyğunluğunun dəqiqliyi, sanitariya texnologiyası tələblərinin diqqətlə yerinə yetirilməsi, hər sousu xüsusi ətirli, əla, incə dadı və gözəl görünüşü ilə təmin edir.

“Şəms” Sousları  yeməklərinizəmöhtəşəm,gözəl və incə bir əlavədir.

“Şəms”Zoğal Sousu

   Təzə dərilmiş zoğaldan hazırlanmış “Şəms” zoğal sousları öz dadı ilə Sizləri valeh edəcək. Zoğal meyvəsi C,B və digər vitaminlərlə zəngin olduğundan iştahı artırır, maddələr mübadiləsini yaxşılaşdırır.

   Zoğal sousuqaynadılmış və qızardılmış ət,vəhşi heyvanların ətləri (keçi,maral, dovşan), küftə və katlet, bişmiş ət, barbekü, qızardılmış toyuq və balıq,kartof , yumurta yeməklərində ədviyyatkimi gözəl əlavədir.

Məhsul yabanı halda bitmiş meşəzoğalından hazırlanıb.

Sizi düşünərək hazırladığımız “Şəms” zoğal sousları tam təbiidir.

 

“Şəms”Alça sousu

   Azərbaycanda alça ağacları geniş yayılıb.”Şəms” alça souslarının əsas özəlliyi onun  tam olaraq yabanı halda bitmiş meşə alçasından istifadə olunmasıdır.

    Alça sousu kulinariyada  qaynadılmış və qızardılmış ət,vəhşi heyvanların ətləri (keçi,maral, dovşan), küftə və katlet, bişmiş ət, barbekü, qızardılmış toyuq və balıq,kartof , yumurta yeməklərində ədviyyat  kimi istifadə edilir.

“Şəms” alça sousları ilə hazırlanan  yeməklərinizin dadı damağınızdan getməyəcək.

“Şəms” Göyəm sousu

Qızartma vəxəmir xörəklərinin yanında  “Şəms” göyəm sousunun öz yeri var.

Göyəm iştahaçıcı və həzmi yaxşılaşdırıcı xüsusiyyətlərə malikdir.

   Yabanı halda bitən göyəm meyvəsindən tam steril şəraitdə hazırlanan “Şəms” göyəm sousu təbii halda süfrənizə verilir.

    Göyəm sousu kulinariyada  qaynadılmış və qızardılmış ət,vəhşi heyvanların ətləri (keçi,maral, dovşan), küftə və katlet, bişmiş ət, barbekü, qızardılmış toyuq və balıq,kartof , yumurta yeməklərində ədviyyat  kimi istifadə edilir.

Yeməklərinizi “Şəms”göyəm souslarımızla daha da tamlandırın.

 

“Şəms” Gavalı sousu

Gavalı meyvələri yurdumuzun əngözəl guşələrindən toplanaraq Sizin üçün gətirildi.

  Gavalı souslarımız tam təbii meyvədən hazırlanaraq qatqısızvə bol vitaminlidir.

  Gavalının faydalarını saymaqla bitmir. Tərkibində olan bol vitaminlər nəinki böyüklərin, həm  uşaqlarınızın sağlamlığı üçün əvəzolunmazdır.

Gavalı sousu kulinariyada  qaynadılmış və qızardılmış ət,vəhşi heyvanların ətləri (keçi,maral, dovşan), küftə və katlet, bişmiş ət, barbekü, qızardılmış toyuq və balıq,kartof , yumurta yeməklərində ədviyyat  kimi istifadə edilir.

“Şəms” Gavalı sousları ilə yeməklərinizi daha ləzzətlivə tamlı edə bilərsiniz

“Şəms” Nar sousuNarşərab

   Narşərab müxtəlif milli yeməklərinə ləzzət qatan ədviyyatdır.

   Narşərab, nar şirəsinə şəkər tozu əlavə etməklə hazırlanır.

“Şəms”Narşərabıkulinariyada  qaynadılmış və qızardılmış ət,vəhşi heyvanların ətləri (keçi,maral, dovşan), küftə və katlet, bişmiş ət, barbekü, qızardılmış toyuq və balıq yeməklərində ədviyyat  kimi istifadə edilir.

“Şəms” narşərablarını digərlərindən fərqli edən xüsusiyyət onun dağlarda və meşələrdə yabanı halda bitən meşə narından hazırlanmasıdır.

   ”Şəms” narşərabları tam olaraq təbii, ekoloji təmiz məhsuldur.        
“Şəms” məhsulları öz təbiliyi və əvəzedilməz dadı ilə fərqlənir.

Şəms” brendi Şərqin milli adət-ənənəsini özündə əks etdirir.

 “Şəms” brendinin əsas üstünlüyü təbii, dadlı, analoqu olmayan məhsullar istehsalında ilk və №1 olmağıdır.