BİZNES

14 May

“World Net Summit”in bu gün son iki tədbiri keçiriləcək

Bu gün “World Net Summit” onlayn konfransının son 2 tədbiri – “Corporate Innovation Forum” və “Venture Summit” təşkil ediləcək.

Fins.az xəbər verir ki, bu barədəNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayımlayıb 

Bildirilir ki,konfransın “Corporate Innovation Forum” fazası 16:30-18:00 saatlarında Lütfi Zadə Texnologiya Mərkəzinin nümayəndəsi İmran Bağırovun moderatorluğu ilə keçiriləcək. Spiker qismində “Microsoft Azərbaycan” şirkətinin baş meneceri Qaçay Mirzəyev, “EY” şirkətinin Rəqəmsal strategiya, kibertəhlükəsizlik və texnologiyalar bölməsinin rəhbəri Anar Cəfərzadə, “Pabora.io”nun Strateji tənzimləmə texnologiyaları üzrə məsləhətçisi Patrik Boşçer və “Kaspersky”nin Texniki satış eksperti Aleksandr Simonov iştirak edəcək.

Daha sonra "“Venture Summit” fazası 18:30-20:00 saatları aralığında İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimin moderatorluğu, “NextechVentures” şirkətinin idarəçi tərəfdaşı Daniel Hastik, “Fintek” sahibkarı və texnologiya investoru Qaurav Dhar, “DAAL” Vençur Fondunun baş investisiya inzibatçısı Leva Abuxait, “mələk investor” Fərid Musayev və Özbəkistan Vençur Fond Assosiasiyasının İdarə Heyətinin sədri Dilşod Zufarovun spiker kimi iştirakı ilə baş tutacaq"-deyə məlumatda qeyd edilir. 

Müəllif: Aynur Qəniyeva