Bu ilin yanvar-aprel aylarında Azərbaycana 24 893,39 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4% azalıb.
Cari ilin ilk dörd ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,74% təşkil edib.
(c)APA