Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9 688,2 mln. ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,8% azalmanın müşahidə edidiyinin göstəricisidir.Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ik dörd ayında Azərbaycan xarici ölkələrə 6 306,4 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 3 381,8 mln. dollar olub. Nəticədə, 2 924,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 15,1% artıb, ixrac və idxal isə müvafiq olaraq 11% və 25,7% azalıb.