BİZNES

07 May

Nazir: "Türk Şurasına üzv ölkələrin yerli valyutalarla ticarəti beynəlxalq ticarəti asanlaşdırar"

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələr arasında yerli valyutalarla ticarəti genişləndirmənin mümkün olduğunu bildirib.

 "Demirören" xəbər agentliyinin verdiyi məlumata görə, R. Pekcan deyib ki, milli valyutalarla ticarət beynəlxalq ticarəti asanlaşdırır.

Türk Şurasının COVID-19 pandemiyası dönəmini izlədiyini deyən nazir onu da bildirib ki, pandemiyadan sonra da üzv ölkələr arasında yerli milli valyutalarla ticarətin aparılması iş adamlarının xarici valyuta ilə ticarətindəki problemləri aradan qaldıra bilər.

(c)APA