BİZNES

07 May

"Bir Pəncərə" İxraca Dəstək fəaliyyətini bərpa edi

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi mərhələli şəkildə fəaliyyətini bərpa edir.

Fins.az xəbər verir ki, bu barədə müvafiq əmri İqtisadi İslhatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı imzalayıb. Qeyd edək ki, COVİD-19 pandemiyası dövründə onlayn qaydada fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun olaraq "Məsafədən işin təşkil edilməsi" Qaydaları müəyyən edilmişdi. Qaydalara əsasən müvafiq dövlət qurumlarından ezam olunan əməkdaşlar arasında, habelə ixracatçılar arasında məsafəsi qorunmaqla həyata keçiriləcəkdir.

    "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə bildirib ki, Mərkəzdə fəaliyyət  Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun həyata keçiriləcək. Yalnız intensiv sertifikat qəbul edən dövlət qurumlarının əməkdaşları Mərkəzdə işlərinə başlayacaqlar. 

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara xidmət göstərən beş dövlət qurumunun nümayəndələri ixracata tələb olunan sənədləşmə işlərini həyata keçirir. Bu Mərkəzdə tələb olunan bütün sertifikatlar – baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatların verilməsi təmin edilir. Mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədədbiyyatın ixracına razılığı da buradan almaq olar.

Müəllif:Aynur Qəniyeva