Rusiya Maliyyə Nazirliyi 2020-ci ildə dövlət borcu həcmini ümumdaxili məhsulun 1,5%-2% həcmində artırmağı planlaşdırır.
Fins.az xəbər verir ki, bunu Rusiya Maliyyə naziri Anton Siluanov deyib.
O bununla neft-qaz gəlirlərinin azalmasını kompensasiya etməyə çalışacaqlarını bildirib. Siluanov Rusiyanın dövlət borcunun elə də böyük olmadığını, onun ÜDM-ə nisbətinin 12,3% təşkil etdiyini deyib.