BİZNES

06 May

"İstehlak Mallarının Ekspertizası Mərkəzi" hesbat verdi

İqtisadiyyat Nazirliyinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 2019-cu ili 1 milyon 475 min manat mənfəətlə başa vurub.

Şirkətin maliyyə hesabatına görə, bu, 2018-ci ildə nisbətən 45,8% çoxdur.

Ötən il "İstehlak Mallarının Ekspertizası Mərkəzi" 4 milyon 368 min manat gəlir əldə edib ki, bu da illik müqayisədə 22,5% çoxdur. Bunun hamısı əvvəlki il olduğu kimi əməliyyat gəlirləridir.

Hesabat dövründə qurumun xərcləri isə 13,3% artaraq 2 milyon 893 min manat, o cümlədən işçi heyəti üzrə xərcləri 43,1% artaraq 2 milyon 164 min manat, amortizasiya xərcləri 10,6% azalaraq 126 min manat, digər əməliyyat xərcləri 62,4% artaraq 229 min manat, sair əməliyyat xərcləri isə 16,5% azalaraq 374 min manat təşkil edib. 

Report