BİZNES

17 Yanvar

Ehtiram Quliyev :"Biz 2020-ci ilin sonu 2021-ci ilin əvvəlində Rusiyanın mənzil bazarına girəcəyik"

Fins.az "Huner Group"-un baş direktoru Ehtiram Quliyevin müsahibəsini təqdim edir 

“Huner Group”  fəaliyyətini hansı istiqamətlərdə qurub?

  Biz tikinti sahəsində təxminən 6-7 il ərzində fəaliyyət göstəririk. Tikinti sektoruna uzun illərdir maraq göstəririk. Qeyd etmək istərdim ki, biz bu sektorda bir marka altında çıxış etmirdik. Doğrusunu desəm bir marka altında fəaliyyətə ehtiyac duymurduq. Həmin vaxt bazar şərtləri bunu tələb edirdi. Son dönəmdə ölkəmizdə aparılan iqtisadi konkret desək, vergi islahatları bizi cəsarətləndirdi. Sahibkarlara yaradılan imkanlar və verilən imtiyazlar bizə stimmul verdi. Açıq danışacam , şəffaflığa yönələn başlanmış islahatlardan biz də faydalanaraq markalaşmağı qərara aldıq. Bazarda öz brendimizi yaratmağı, markalaşmağı çox istəyirdik ancaq buna cəsarət edə bilmirdik. Böyük olmaq, brend olmaq çox gözəldir, geniş imkanlar yaradır. Bu çox arzuolunandır. Çox təəssüf ki, böyük olmağın həm də bəzi dezavantajları  var. Böyük olmaq həm də böyük məsuliyyət daşımaq deməkdir. Mən açıq danışacam böyük olduğumuzu göstərəcəyimiz təqdirdə əlavə bəzi arzuolunmaz ödənişlərlə qarşı-qarşıya qoyula bilərdik. Bunlardan qaçırdıq.Necə deyərlər bir növ gizlənirdik. Əməkdaşlarımızın sayının çox olmağı bizi həm də təhlükə ilə üz-üzə qoyurdu. Ona görə ki, vergi orqanlarının təmsilçiləri əməkdaş sayının çoxluğunu bəhanə gətirərək əlavə vergi tələb edə bilərdilər. Şəffaflığa şübhə ilə yanaşırdıq. Biz vergiləri lazımi qaydada şəffaf şəkildə ödəsək də bizdən əlavə vergilər tələb edilə bilərdi. Bunun zəmanəti yox idi. Son dönəmlərdə aparılan vergi islahatları ölkəmizdə şəffaflığın təminatçısına çevrildi. Etiraf edim ki, ilkin dövrlərdə biz bütün bu islahatların işləmə mexanizminin effektvliyini müşahidə etdik. Aydınlaşdırmağa çalışdıq ki, bu islahatlar davamlı iqtisadi effektivlik üçün hesablanıb yaxud keçici təsiretmə vasitəsidir. İqtisadiyyatda effekti gördükdən sonra təminən 2 il əvvəl biz “Huner Group” adı altında fəliyyətimizi mərkəzləşdirərək davam etdirdik.  Ayrı –ayrı kiçik şirkətlər üçün ödənilən vergilər təbi ki, kiçik məbləğli idi, işçi sayları az nəzərə çarpırdı. Bütün bu şirkətlərimizi birləşdirərək bir mərkəzdən idarə etməyə başladıqda kifayət qədər çoxsaylı işçi qüvvəsi eyni zamanda iri həcmli mühasibatlıq əməliyyatları və böyük məbləğdə vergi ödmələri ilə ölkə iqdisadiyyatına tövhə vermək qabliyyətimizi ortaya qoyduq.

“Huner Group” ölkəmizdə ilk növbədə  fərqli ofis konsepti ilə gündəmə gəlib. Sizin ofis konseptinin eynisini tətbiq etmək istəyən şirkətlər ödəniş etməlidir yaxud ödənişsiz də siz Azərbaycan üçün yeni olan bu ideyanızı bölüşərsiniz?

  Biz sahibkarıq. Biz də ödənişli xidmətlər göstəririk. Fərqli ofis konsepti ideyası məhz mənim özüm tərəfindən düşünülüb.Hər zaman düşünürdüm ki, biz axı tikinti şirkətiyik. Məz özüm də işçilikdən bu pilləyə qədər yüksəlmişəm. Hər zaman azərbaycanlılar əslində çox dürüst və çalışqan insanlardır.Kimsə bu fikrin əksinə həmişə qəti şəkildə qarşı olduğumu bildirirəm. Azərbaycanlı işçilər öz işlərini bilir. Sıxanda əlavə təsirlər göstərməyə çalışanda faydalılıq azalır. Bütün bunları işçilər , iş mühiti ilə bağlı  uzunmüddətli müşhidələr apardıq. Əməkdaşlarımızı sıxmamağa daha sərbəst şəkildə özlərini ifadə etmələrinə şərait yaratmaq üçün ofisimizdə konsepti dəyişdirdik. İşə giriş-çıxış saatlarını sərbəst qrafikdə etdik. Ofisin daxilində işçilərin istənilən vaxt istifadə edilməsi üçün bəzi sosial sahələr yaratdıq. Bu dəyişikliklərdən sonra işçilərin faydalılığı ilə bağlı çox müsbət dəyişikliklərimiz oldu. Bu tendensiyanı daha da genişləndiririk. Ona görə ki, bu ofis konseptində ümumi şəkildə ifadə edəndən sonra  bir verərək əməkdaşlarımızdan geridönüş olaraq iki aldıq. Bu müsbətə doğru olan dəyişikliyi əməkdaşlarımız əməkhaqılarının artımı olaraq alacaqlar. Son dönəmdə ölkəmizdə şəffaflıq prinsipi ilə başlanan islahatlardan sonra təqdim etdiyimiz ofis konseptinin tətbiqi ilə bağlı tələblər artıq bizə gəlir. Hazırda iki böyük müəssisədən bizim ofisimizin mövcud quruluşuna  yaxın konseptdə ofisin dizaynı,interyerinin qurulması ilə bağlı danışıqlar aparılır. Azərbaycanda yaxın tarixdə belə ofslərin sayı həddindən artıq çox olacağına ümid edirəm.

Hazırda üzərində işlədiyiniz böyük layihəniz olan  “Hünər Qüllələri”nin analoqu var ya siz mövcud analoqların ən müsbət cəhətlərini götürərək  “Hünər Qüllələri”ində birləşdirməyə çalışmısınız?

 Dünyada  “Hünər Qüllələri”- nin analoqları, bənzərləri var. Bütövlükdə  “Hünər Qüllələri”ni təkrarlayan ikinci layihə yoxdur. Mənzil individual və özünəməxsus spesifikası olan unikal sahədir. Dünya mövcud olduğu ilkin dövlərdən insanların yaşayış sahələrinə ehtiyacı olub. Bu mağara, çadır, kənd evləri və s. ə  qədər uzun tarixi təkminləşmə prosesindən sonra bugünki modern, çox müasir mənzil konseptlərinə  gəlib çıxıb. Mənzil hazırda insanın ən böyük ,ən zəruri ehtiyacına çevrilib. Belə anlaşılır ki, insan oğlu yaşadığı müddətdə hər zaman mənzilə , müəyyən yaşayış sahəsinə ehtiyac duyacaq. Xaricdən eynisinin sürətini çıxarıb burada tikmək çox çətindir. Burada şəxsi dəyərlər çox vacib və danılmazdır. Xarici ölkərin heç birində bizim qədər qonaq sevən deyillər, bizim qədər mətbəxtdə vaxt keçirməyi sevməzlər, ünsiyyət şərtləri fəqrlidir.Bu konsepti Azərbaycan modeli olaraq ortaya qoyduq.Potenti bizə aiddir.Bununla bağlı rəsmi müraciətmizi etmişik.Mövcud sakinlərimiz arasında sorğu keçiririk və çatışmazlıqları qeyd edirik və əlavələr edib təkminlədirməyə çalışırıq. Biz öz müştərilərimizə təkcə dörd divarla məhtudlaşan mənzil deyil hərtərəfli xidmət və gözəl şərait vermək məcburiyyətindəyik.

Paketdə sakinlərə təklif edilən otaqlardan qonaq üçün  ayrılan otağın eyni vaxtda bir neçə sakinin qonağı olduğu təqdirdə həmin otaqdan istifadəni necə tənzimləyəcəksiniz?

 Bunu tənzimləmək üçün biz fərqli üsul seçdik. Azərbaycanda şəxsi mübnasibətlər çox inkiaf edib.Bu bəzən faydalı olur, bəzən də faydalı olmur biz belə bir qərara gəldik ki, istər-istəməz öncəliyin kimdə olması çox önəmli məsələdir.Bütün amilləri nəzərə alaraq biz aplication yaratdıq.Aplication vasitəsi ilə otağı bron etmisinizsə deməli otaq sizin xidmətinizdə olacaq. Şəxsi amili aradan qaldırdıq. Bu şəffaflığın təmini üçün çox önəmlidir.

Tikintidə istifadə etdiyin materiallar Azərbaycanın yerli istehsalı olan məhsullardır yoxsa xaricdən gətirilmiş məhsullara daha çox üstünlük verirsiniz?

 Azərbaycan istehsalı olan məhsullar daha qanedicidir. Artıq dövr dəyişib. Bu gün bir çox məhsullar keyfiyyət  standartları nəzərə alınaraq istifadə edilir. Bizim işimiz keyfiyyətli məhsuldan istifadəni tələb edən sahədir. “Huner Group” tam olaraq yerli məhsullardan istifadə etməsək də,  demək olar olar ki istifadə edilən məhsulların əksəriyyəti yerli istehsal məhsullardır. Bu sahədə istehsal həyata keçirilən məhsullar yaradılır. İstehsalatada istifadə edilən müasir və keyfiyyət stadartlarına cavab verən avadanlıqlardan istifadə edə edilir. Bütün bunları nəzərə alaraq biz Azərbaycan bazarına müraciət edirik düşünürəm ki, istifadə etdiyimiz yerli məhsulların çeşidi daha da çox olacaq.

Xaricdə hər hansı layihələr həyata keçirməyi düşünürsünüz?

Mərhələli şəkildə düşünürük. Yaxın 5 ilin ərzində xaricdə müəyyən layihələrin həyata keçirilməsi hədəfini qoymuşuq.Biz müşahidə edirik ki, əvvəllər xarici şirkətlər Azərbaycanda müəyyən layihələr həyata keçirirdi. Biz həmiş şirkətlərin iş prinsipi ilə tanış deyildik və həmin şirkətlərin fəaliyyətinə  uyğunlaşa bilmirdik. Bu gün yetərincə peşəkarlıq səviyyəsinə malikik. İddialı şəkildə deyə bilərəm ki, Azərbaycanda bu sahədə çox önəmli və sözünü demiş bir yerdəyik. Yaxın gələcəkdə biz iki ölkədə fəaliyyət göstərmək istəyirik. Bu ölkələr Orta Asiya ölkələrindən biridir  və Rusiya Federasiyası ərazisində müəyyən layihələrlə bağlı hədəflərimiz var.

Dünyada tanınan iri korparasiyalarla əməkdaşlıq əlaqələri qurulub ?

 Biz dünyanın böyük brendləşmiş şirkətləri ilə əməkdaşlığa cəhd etdik. İki il əvvəl işə başlayanda biz bunları müzakirə etdik. Françayzinq və birgə əməkdaşlıq modelləri adı altında bizim xaricdə görüşlərimiz oldu. Gördüyümüz işlərlə onları tanış edəndə onlar çox təəccüblə qarşıladılar. Türkiyədə neft sahəsində fəaliyyət göstərən şirkətlərdən biri ilə danışıqlar apardıq. Onlar biz Azərbaycana dönüb “Huner Group”-u təsis etdikdən sonra bizə geridönüş etdilər. Onların müraciəti vaxtı biz həm “Huner Group”-u patentləşdirmişdik həm markalaşdırma həyata keçirilmişdi. Əslində etiraf edim ki, həmin əməkdaşlığın alınmamasından bu gün böyük məmnuniyyət hissi keçirirəm.Düşünürəm ki, hazırkı dünyamızda bütün nizamlar dəyişib. Müasir dövrdə şirkətlər xarici bazarlara açılmalıdır istehsal həyata keçirməlidirlər, yeni nailliyyətlər əldə etməlidirlər ölkəyə valyuta gətirməlidirlər.Mənfəət vergisi bu ölkədə ödənilməlidir.Bunun hesabına ölkənin inkişafına, iqtisadiyyatına şirkət  öz tövhəsini verməlidir. Çox təəssüf ki, bu gün biz elə   “Huner Group” da daxil  olmaqla hər birimiz hər şeyi dövlətdən gözləyirik. Bu belə olmalı deyil. Biz öz növbəmizdə öz işlərimizi uğurlu həyata keçirsək dövlətin resursları artar. Tək neft sənayesinə bağlı olmaqla olmaz .Yaxın tarixdə bunun şahidi olduq. Bir müddət Azərbaycan iqtisadiyyatı üçün çətin dövrlər oldu.Ona görə də biz düşünürük ki dünyaya açılmaq lazımdır. Tək bir ölkədə fəaliyyət göstərməklə böyük şirkət olmaq olmaz.

“Huner Group” Azərbaycanın regionlarında hər hansı layihə həyata keçirir yaxud bununla bağlı plan var?

  Regionlarda fəaliyyət göstərmək bizə çox çətindir.Açığını desək regionlarda fəaliyyət göstərmək üçün birincisi  ehtiyac nəzər alınmalınır. Biz regionda iş görək  və həmin layihə iqtisadi səmərəsiz olsun bu düzgün deyil. Məmur olmayan sahibkar bunu etməz. Məmur sahibkarlar edər. Biz premium sinifə ünvanlı layihələr həyata keçiririk. Ekonom sinifdə çox gözəl nəticələr var. Regionlarda uğurlu fəaliyyət üçün bir neçə il də gözləməyimiz lazımdır. İqtisadiyyatımız daha da böyüməlidir. Bizim məhsullara tələb yaranmalıdır. Gəncə şəhərində  müəyyən layihə həyata keçirməyi planlaşdırırdıq. Hətta bir-iki ərziyə baxış həyata keçirdik amma sonra dayandırmağa qərar verdik.

Yaxın gələcəkdə “Hüner Group”-un iqtisadiyyatın digər sahələri ilə bağlı həyata keçirməyi planlaşdırdığınız yeni layihələr var yoxsa elə tikinti şirkəti olaraq qalacaqsınız?

 Başqa sahələrlə bağlı heç bir layihəmiz yoxdur, tikiti şirkəti olaraq qalmaq istəyirik. Hərə öz işi ilə məşğul olsun. Bizdə tikinti sahəsində fəaliyyət uğurlu alınır.Çox sahəyə bölünsək bizim keyfiyyətimiz istər-istəməz aşağı düşər. Biz yaxın gələcəkdə qeyri-yaşayış sahələrini inşa etməyi düşünürük. Ofis bazarı bizim diqqətimizi cəlb edir. Plaza inşa etmək istəyirik. Bununla bağlı şəhərimizin bir neçə ərazisində müəyyən yerlərə baxış həyata keçirib perspektivləri dəyərləndirmişik. Biz 2020-ci ilin sonu 2021-ci ilin əvvəlində Rusiyanın mənzil bazarına girəcəyik.Bununla bağlı danışıqlar aparılıb, müvafiq sahənin rəhbər insanları ölkəmizə səhər edərək bizim həyata keçirdiyimiz işlərlə tanış olublar. Keyfiyyət göstəricilərimizi öz ölkələrindəki mövcud layihələrdən daha üstün dəyərləndiriblər. Biz şirkətimizi təsis edəndə beynəlxalq bazarı düşünərək “Hunner” olaraq qeydiyyatdan keçdik ki, daha sonra biz xarici ölkələrdə fəaliyyətimizi quranda bizim adımızı tələfüz edəndə çətinlik çəkməsinlər.

Müəllif:Aynur Qəniyeva