BİZNES

25 Dekabr

Azərbaycanda məhsulların geri çağrılma və yaxud yığışdırılma mexanizmi müəyyənləşib

Azərbaycanda hazırlanan yeni qida təhlükəsizliyi haqqında qanununda məhsulların geri çağrılma və yaxud bazardan yığışdırılma mexanizmi müəyyənləşdirilib. Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib. Onun sözlərinə görə, qanun layihəsi müvafiq qaydada qəbul edildikdən sonra, artıq sahibkarlıq subyektlərinə təhlükəli məhsulların geri çağırılması ilə bağlı Agentlik tərəfindən bildiriş göndəriləcək. "Əgər geri çağırılılma təmin edilməsə qanunda yeni bazardan yığışdırılma mexanizm nəzərdə tutulur . Sahibkar tərəfindən təhlükəli mal geri çağırılmadığı halda Agentliyin səlahiyyətli əməkdaşları tərəfindən həmin məhsulların bazardan yığışdırılması təmin ediləcək",- deyə E. Mikayılov qeyd edib. O bildirib ki, "Çox təəssüf ki, yerli sahibkarlar geri çağırılmanı öz fəaliyyətləri və imicləri üçün ləkə kimi qəbul edirlər. Ancaq Beynəlxal təcrübədə geri çağırılma əksinə daha yaxşı marketinq aləti kimi qəbul edilir. Çünki bu müştəri loyallığın təmin edilməsi baxımından çox önəmlidir. Yəni sahibkar əgər öz istehlakçısına nümayiş etdirsə ki, o təhlükəli məhsulu özü geri çağırır, istehlakçı onun məhsuluna daha çox ehtimad göstərir. Təəsüf ki, Azərbaycanda biz bunun əks tendensiyasının görürük"