Azərbaycandan bitki mənşəli məhsulların Avropa İttifaqına ixracının asanlaşdırılması istiqamətində işlər aparılır. Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda qeyri-neft ixracında əsas məhsul fındıqdır.
"Bu məhsulun Avropa İttifaqı tərəfindən idxaldan imtina halların aradan qaldırılması, yəni fındığın tərkibində aflotoksinin miqdarını Avropa İttifaqı normaları çərçivəsində olmasını təmin etmək üçün, biz Agentlikdə tədbirlər planı qəbul edilib. Növbəti illər ərzində sistemli həyata keçiriləcək bu tədbirlər imkan verəcək ki, ölkədə istehsal olunan fındığın istehsalı, emalı, qablaşdırılması və daşınması Aİ-nin tələblərinə uyğun qurulsun",- deyə E. Mikayılov qeyd edib