BİZNES

25 Dekabr

Agentlik rəsmisindən ixrac olunan məhsullara sağlamlıq sertifikatlarının verilməsi ilə bağlı AÇIQLAMA

Qida Təhlükəsizliyi Agentliyi ixrac olunan məhsullara sağlamlıq sertifikatının verilməsi ilə bağlı Avropa İttifaqı ilə razılıq əldə olunub. Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib. Onun sözlərinə görə, Azərbaycandan ixrac olunan, xüsusilə bitki və heyvan mənşəli məhsullara veriləcək sağlamlıq sertifikati AVropa İttifaqı tərəfindən tanınır. "Burada həm məhsulların qida təhlükəsizliyi tələblərinin uyğunluğu təstiq ediləcək, həm də heyvan mənşəli məhsulları olduqda onun baytarlıq tələbləri uyğunluğu da təstiq ediləcək. Bu isə sahibkarlara artiq iki sertifikat almaq əvəzinə bir sertifikat almaqla, daha az dövlət rüsumu, daha az maliyyə cəlb etməklə Avropa İttifaqına ixracına imkan yaradacaq",- deyə E. Mikayılov qeyd edib