Türkiyədə bahalı evlər üçün yeni vergilər qüvvəyə minib.
Fins.az xəbər verir ki, yeniliyə görə, bundan sonra ölkədə evlər qiymətinə görə bahalvı və ucuz kateqoriyasına bölünəcək. Qiyməti 840 min dollardan yuxarı evlər bahalı sayılacaq və onlardan daha yüksək vergi tutulacaq.
Evinin qiyməti $840 250 dən $1,26 mln-a qədər olanlar evin qiymətinin 0,3%-i qədər, $1,26 mln-dan $1,68 mln-a qədər olanlar evin qiymətinin 0,6%-i qədər, evin qiyməti $1,68 mln – dan yuxarı olanlar isə 1%-i qədər vergi ödəyəcəklər. Verginin iki hissəyə bölüb ödəmək də olar.
Qadınlar və işsizlər, əgər gəlirlərinin olmadığı haqqında sənəd təqdim etsələr vergidən azad oluna bilərlər. Pensiyadan başqa gəliri olmayan pensiyaçılar da vergidən azaddırlar.
© FED