2019-cu ilin üçüncü rübündə dünyada ən çox satılan smartfon «iPhone XR» olub.
Fins.az xəbər verir ki, bunu «Counterpoint Research» agentliyinin analitikləri açıqlayıb.
Analitiklər müəyyən edib ki, «Apple»nin bu modeli dünyada bütün satışlarının 3%-ni təşkil edir. İkinci yeri «Samsung A10» smartfonu tutub – 2,6%. Üçüncü yerdə isə «Samsung»un daha bir modeli – «A60» gəlir – 1,9%. Ən populyar smartfonların ilk 10-luğunda «Apple»dan daha bir qadjet var: «iPhone 11» beşinci yerdə qərarlaşıb. «Galaxy A7» isə dünyada 67-ci yerdədir.
Ən çox satılan smatrfonların onluğunda «Oppo A9», «A5s» və «A5», «Xiaomi Redmi A7» və «Huawei P30» da daxil olub.
© FED