"Azərbaycan ilbiz və qurbağa ayaqlarının da Avropa İttifaqına ixracı ilə bağlı səlahiyyətli ölkələr siyahısına daxil edilib" Fins.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib. O Avropa ölkələrinə məhsul ixracı ilə bağlı fikirlərini bölüşərək bildirib ki, Avropa İttifaqı ölkələrinə xüsusilə heyvan mənşəli məhsulların ixrac edilməsi üçün Avropa İttifaqına üzv olmayan ölkələrin konkret məhsullar üzrə səlahiyyətləndirməsi prosedurundan keçilməlidir.Azərbaycan artıq 3 məhsul üzrə Avropa İttifaqı tərəfindən səlahiyyətləndirilib.Xüsusilə qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan kimi tanınıb" O həmçinin qeyd edib ki, "Bundan əvvəl balıq kürüsü Avropa İttifaqına ixrac oluna bilinirdi.Sahibkarların müraciətləri əsasında Azərbaycan ilbiz və qurbağa ayaqlarının da Avropa İttifaqına ixracı ilə bağlı səlahiyyətli ölkələr siyahısına daxil edilib"