Azərbaycan Qida Təhlükəsizlik Agentliyi müvafiq dövlət strukturlarının resurslarından istifadə edərək ixracatçılara təmənnasız konsaltinq xidmətləri, həmçinin ixraca qoyulan tələblərin yerinə yetirilməsi üçün yaranan xərclərin bir hissəsinin qrant və kreditlər vasitəsilə dəstək göstəriləcək. Fins.az-ın məlumatına görə bunu "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüşdə çıxış edərkən Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib. Onun sözlərinə görə, burada söhbət proqram yanaşmasından gedir ki, müxtəlif dövlət orqanlarının resurslarını vahid konsepsiya altında yığmaqla, sahibkarları real ixraca çıxaradək sahibkarlara bütün lazımi komponentlər təqdim olunsun. "Növbəti mərhələ potensial alıcıların tapılması ilə bağlı olacaq. Bu istiqamətdə paralel olaraq danışıqlar aparılır potensial alıcılarla. Bu istiqamətdə də dəstəklər veriləcək. Misal olaraq sərgilərdə iştirak etməklə sahibkarların məhsullarını beynəlxalq sərgilərdə tanıdılması təşkil olunacaq",- deyə E. Mikayılov qeyd edib.