BİZNES

25 Dekabr

"İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüş

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüş keçirilib. Fins.az xəbər verir ki,Görüş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC və Aqrar Kredit və İnkişaf Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyini ilə birgə təşkilatçılığı ilə baş tutub. Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti, Azexport portalı üzərindən ixrac imkanlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətləri barədə məlumat verib